Təhmasib Novruzov: “Müxalifəti qara günlər gözləyir” RƏY-ÖZƏL

“Hər zaman müxalifət düşərgəsində təmsil olunan şəxslər arasında qarşıdurmalar olub və bundan sonrada olacaq”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, yəni Cəmil Həsənli ilə Əli Kərimli arasında konfliktlərin yaranması gözlənilən bir haldır: “Çünki müxalifət düşərgəsinə rəhbərlik edən şəxslərin şəxsi ambisiyalarının olması onlar arasında qarşıdurmaların yaranmasını qaçılmaz edir. Dağıdıcı müxalifət liderlərinin təsir altında olması və boyunlarından böyük iddialarda çıxış etmələri onlar arasında kəskin dava-dalaşların olması ilə nəticələnəcək. Onsuzda hər zaman müxalifət daxilində qarşıdurmalar olub və bundan sonrada olacaq. Çünki müxalifət düşərgəsində bir-biri ilə yola getmək və biri digərini yola vermək kimi məsələlər yoxdur. Ümumiyyətlə, bu gün müxalifət üzdə yalandan biri-birinin üzünə gülürlər, amma arxada isə bir-birlərindən zəhlələri gedir. Bütün bunların kökündə də müxalifət partiya sədrlərinin şəxsi ambisiyaları dayanır. Ümumiyyətlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifəti qara günlər gözləyir. Onlar öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. O cümlədən də, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər. Onların ortaya nə isə ideya qoya bilməməklərinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə