Elşən Manafov: “Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən narkoticarət marşurutu kimi istifadə edir ” RƏY-ÖZƏL

“Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən narkoticarət marşurutu kimi istifadə etməsi ilə bağlı məlum məsələ azərbaycanlı deputatların səyləri ilə dəfələrlə Avropa Şurasının Parlament Assambleyasının müzakirəsinə çıxarılıb”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, bununla bağlı qurumun qəbul etdiyi müəyyən qərarlarda var: “Hərçənd ki, həmin qərarlara qurum tərəfindən ikili standartlardan yanaşması da açıq aşkar özünü büruzə verir və istisna etmirəm ki, bu həm də əlbəttə ki, təəssüf doğurur. Eyni zamanda, həmin qərarların qəbul olunmaması üçün elə AŞPA-nın özündə beynəlxalq narkobaronlara bu və ya digər dərəcədə bağlı olan müəyyən siyasətçilər və deputatlar var ki, onlar da həmin məsələlərin ciddi şəkildə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışırlar. Bu məsələdə də erməni diasporasının, deputatlarının lobbiçilik fəaliyyəti həmişə özünü birmənalı şəkildə büruzə verib. Ona görə də, bu məsələdə bizim israrlı mövqelərimizə baxmayaraq məlum qərarların qəbul edilməməsi həm erməni lobbisinin, həm də beynəlxalq narkoticarətə himayədarlıq edən ayrı-ayrı siyasətçilərin və deputatların səyləri nəticəsində baş tutmur. Amma təbii ki, biz səylərimizi bundan sonrada gücləndirməliyik. Düşünürəm ki, təkcə Avropa Parlamenti deyil, BMT-də və digər təşkilatlarda bu məsələ daim diqqətdə saxlanılmalıdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...