Azər Badamov: “Ermənistanın özbaşınalığının səbəbi onların erməni, bizim isə müsəlman olmağımızdır” RƏY-ÖZƏL

“Erməni işğalı altındakı Azərbaycan torpaqları nəzarətsiz zonaya çevrilmişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, orada ermənilər narkotik bitkilər yetişdirir və narkoticarət marşurutu kimi istifadə edirlər və ordan daşınan narkotiklər həm Avropaya, həm də Rusiyaya daşınır: “Bu ərazilərdə beynəlxalq terroristlər yetişdirilir və bir sözlə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ dünya üçün təhlükəli əraziyə çevrilib. Amma çox təəssüflər olsun ki, beynəlxalq güc mərkəzləri, dünya ictimaiyyəti bunu bilə-bilə səsini çıxartmır və bütün bu özbaşınalıqlarla razılaşmış kimi sükut içindədir. Ermənilərin bu özbaşınalıqlarına dünya ictimaiyyətinin göz yummasının kökündə onların erməni, bizim isə müsəlman olmağımız dayanır. Dünyada nə haqq-ədalət var, nə də beynəlxalq hüquq. Çünki haqq-ədalət olsaydı ermənilərə bu qədər özbaşınalıqlara imkan verilməzdi. Biz isə beynəlxalq siyasi meydanda mübarizəmizi davam etdiririk və daha da dərinləşdiririk. Son zamanlar Avropa İttifaqının, ATƏT-in BMT-nin və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına diqqət yetirdikdə görürük ki, zaman bizə işləyir. Ermənilərin iç üzü ifşa olunmaqdadır, beynəlxalq təşkilatlarda tərəfdarların sayı kəskin azalır və demək olar ki, erməni lobbisi iflasa uğranmaq üzrədir. Azərbaycan diplomatiyasının imza atdığı uğurların sayı artmaqdadır və düşünürəm ki, gün gələcək beynəlxalq ictimaiyyət də ermənilərin özbaşınalıqlarına qarşı birləşərək səsini ucaldacaqdır. Biz beynəlxalq siyasətdə möhkəmlənirik , ordumuz güclənir və qələbəni yaxınlaşdırırıq. Ermənilər isə gün-bə gün iflasa doğru gedir. Bu günün reallığını belə görürəm”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...