"S-400-ün NATO üçün təhlükəsi yoxdur" Çavuşoğlu

Türkiyənin Rusiyadan aldığı S-400 anti-raket sistemi (ZRK) NATO üçün təhlükə yaratmır və tamamilə Ankaranın nəzarəti altındadır. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.

"Aldığımız S-400 sistemləri F-35 döyüş təyyarələri də daxil olmaqla NATO üçün heç bir təhlükə yaratmır. Bu sistemlər tamamilə Ankaranın nəzarəti altındadır. Lüzumsuz gərginlik yaratmağa ehtiyac yoxdur.
Bu həll edilmiş bir razılaşmadır və tədarük artıq başlamışdır", - Çavuşoğlu NTV-yə açıqlamasında bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə