Serj Sarkisyanın Baden-Baden keyfi və sarı mayosu Ermənistanı qarışdırıb ANALITIK

Erməni KİV-ləri və sosial şəbəkələr Nikol Paşinyanı hədəfə alıblar

Ermənistanın sabiq və devrilmiş prezidenti Serj Sarkisyanın Almaniyanın Baden-Baden kurort şəhərindəki sanatoriyaların birində, hovuzda istirahət etməsi erməni KİV-lərinin və ictimaiyyətinin çoxsaylı müzakirəsinə səbəb olub. Məsələ ondadır ki, bu günün özündə də, Nikol Paşinyan hakimiyyətinin ayrı-ayrı təmsilçiləri Serj Sarkisyan dövrünü quldur rejim adlandırırlar. O cümlədən, hazırkı baş nazirin “məxməri inqilabını” da həmin rejimə qarşı baş verdiyi xüsusilə xatırlanır. Lakin bütün bunlara rəğmən, onun Robert Koçaryandan fərqli olaraq, nəyə görə ittiham olunmaması, həbs edilməməsi hələ də bir sıra sualları doğurmaqdadır.

“Sarkisyanın Baden-Badendə kef etməsi Ermənistanda hər hansı bir inqilabın baş vermədiyini sübut edir”

SİA xəbər verir ki, bu arada ermənilərin 1in saytı sözügedən məsələ ilə bağlı təhlillə çıxış edib və orada qeyd olunur ki, məhz Sarkisyanın Baden-Badendə kef etməsi Ermənistanda hər hansı bir inqilabın baş vermədiyini sübut edir.

“Serj Sarkisyanın Baden-Badendə çəkilmiş sarı mayolu fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra bu məsələ mövcud hakimiyyətin fəaliyyətsizliyinin indikatoru kimi qiymətləndirildi”, yazılan şərhdə bildirilir ki, Serj Sarkisyan heç vaxt dəyişilmir və o, bütün həyatı boyu “kayfarik” (kef çəkən) kimi qalıb...

Daha bir maraqlı məqam onun 2016-cı ilin Aprel müharibəsi zamanı Moskvaya qaçmasının xatırladılmasıdır: “Artsaxda” (dırnaqlar bizimdir) müharibə olarkən, o kifayət qədər şübhəli missiya ilə Moskvaya qaçdı”.

“Serj Sarkisyan Ermənistana və “Artsaxa”, hətta həbsxanaya düşmüş müharibə dostu Robert Koçaryana və hüquq-mühafizə orqanlarından qaçaq düşmüş, gələcək məhbus statusunu daşıyacaq qudasına belə “tüpürür”.

Digər nüans isə, Sarkisyanın hələ Ermənistanın iqtidarında olarkən, onun Baden-Badeni seçməsi, bu kimi kefləri üçün Ermənistanı oğurlayıb-talaması ilə bağlıdır: “Robert Koçaryan və Serj Sarkisyan milyardlar əldə etmələri üçün Ermənistanı amansızcasına talan elədilər və baden-badenlərə xərclədilər. Və bu gün Serj Sarkisyan Ermənistana və “Artsaxa”, hətta həbsxanaya düşmüş müharibə dostu Robert Koçaryana və hüquq-mühafizə orqanlarından qaçaq düşmüş, gələcək məhbus statusunu daşıyaca qudasına belə “tüpürür”. Serj Sarkisyanın Bden-Badendəki fotoşəklini görən hər bir vətəndaş xəyal edir ki, “devrilmiş” olsun və ölkəni vicdansızcasına talan edib, sonra da cəzasız qalsın”.

“Sarkisyan hansı magiyalı gücə sahibdir ki, inqilabın “məxmərindən” bütün gözəllikləri ilə istifadə edir və bahalı alman kurortunda dincəlir”

“Serj Sarkisyan bilavasitə sübut etdi ki, Ermənistanda bir il qabqa inqilab olmayıb, əks halda, on minlərlə insanın hədəfinə çevrilmiş şəxs burjuy kefini davam etdirə bilməzdi”, yazan erməni saytı sual edib ki, nəyə görə Serj Sarkisyan həbsə deyil?

Bu məsələdə Nikol Paşinyanı da hədəfə alan yazıda qeyd olunur ki, erməni baş nazir bu suala cavab verməyərək, Ermənistanda inqilab edib, məhz Serj Sarkisyanı devirən on minlərlə insanı təhqir edir: “Sarkisyan hansı magiyalı gücə sahibdir ki, inqilabın “məxmərindən” bütün gözəllikləri ilə istifadə edir və bahalı alman kurortunda dincəlir. Ermənistanda inqilab baş verməyib – bu Serj Sarkisyanın bahalı sahildə və sarı mayoda vəd etdiyi müsahibə idi. Hər gün Respublika partiyasının “təəssübkeş” oğulları və adekvat gənclər çağırışlardan danışırlar, hansı ki, onların liderləri özünü sıravi və məsuliyyətsiz xuliqan kimi aparır”.

“Ermənistanda kleptokratiya uduzmayıb”

“Bax beləcə, bir ildir ki, Serj Sarkisyan Ermənistanın nüfuzunu toza çevirir, kazinolarda Ermənistanın və “Artsaxın” təhlükəsizliyini uduzur, indi də o, inqilabı, Nikol Paşinyanı ələ salır. Hansı ki, bu məsələdə nəyə görə barmaqlıqlar arasında olmayan Serj Sarkisyan barədə növbəti lüzumsuz nağıllar qoşacaq”, yazan erməni saytı sonda qeyd edir: “Ermənistanda kleptokratiya uduzmayıb və bunu hər gün təkrarlamaq lazımdır. Nə qədər ki, Nikol Paşinyanın “məxməri” baxışları altında Serj Sarkisyan tərəfindən talan edilmiş milyonlar Baden-Badendə xərclənir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə