"Təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb etməliyik" ÖZƏL-ŞƏRH

"Azərbaycanın Gürcüstanla sərhəddində baş vermiş insident xoşagələn hal olmasa da hadisənin ölkəmizin imicinə ziyan vurduğu göz qarşısındadır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında sərhədlərin demilitasiyası davam etdiyi zamanda gürcü tərəfinin bu addımı provakasiyadır: "Onlar bu hərəkətləri ilə Azərbaycan tərəfinə təzyiq edərək Keşikçi dağın taleyini öz xeyirlərinə həll etməyə çalışırlar. Lakin torpaqları işğal altında olan hər iki ölkə belə həssas məsələlərdə daha da ehtiyatlı olmalıdırlar. Gürcülər isə unutmamalıdırlar ki, bizim də Gürcüstan ərazisində 750 min soydaşımız və yüzlərlə tarixi abidələrimiz var. Hazırki şəraitdə Keşikçi dağın gürcülərə verilməsi barədə söhbət belə gedə bilməz. Gürcülər öz xristian dini ayinlərini keçirmək üçün Azərbaycan torpaqlarına gəlmək istəyirlərsə bu ziyarəti asanlaşdırmaq olar. Vəziyyətin bu hala gəlib çıxmasında bizim də günahımız az deyil. Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra xristian keçmişimizə qarşı total hücumlar oldu. Ərəblər Azərbaycanın keçmişlə bağlı bütün mədəniyyət ocaqlarını və abidələrimizi məhv etdilər. Ona görə də Alban tariximizə və abidələrimizə sahib çıxa bilmirik, əvəzində isə gürcü və ermənilər bizim xristian keçmişimizə iddia edirlər. İşğal olunmuş ərazilərdə bütün alban məbədləri ermənilərin nəzarətinə keçib. Hətta onlar bir az da irəli gedərək Şəkidə və Şamaxıdakı kilsələrimizi də özününküləşdirmək üçün dəridən qabıqdan çıxırlar. Hesab edirəm ki, Albaniya dövlətçilik irsimizə diqqəti artırmalıyıq. Bütün baxımsız qalmış kilsələrimizin restavrasiya olunaraq yenidən fəaliyyətə başlanmasına şərait yaratmalıyıq. Hazırda Azərbaycanda xeyli sayda xristian türk vətəndaşlarımız var ki, biz onları bu məbədlərə cəlb edə bilərik.

Bu insident tezliklə həllini tapacaq. Gürcülərin bu həyasız davranışına isə layiqli diplomatik cavab verilməlidir. İnsident zamanı avtomatı əlindən alınmış əsgərimizə və dövlət sərhəd xidmətinin rəhbərliyinə qarşı aparılan kampaniyanı yersiz hesab edirəm. Əsgərimiz şəraitə uyğun olaraq silahdan istifadə etməyib. Onun etibarından istifadə edən təxribatçıların isə məsuliyyətə cəlb olunmasını tələb etməliyik".

"Əzizinəm qurd mənəm,

Yad deyiləm türkmənəm.

Nə olsun ki, Qirqoram,

Mən də bir türkmənəm."

Aşıq Qiriqor Yayxanıyan

Alban bayatısı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə