Mövcud Ermənistan hakimiyyəti ciddi bir dilemma qarşısında qalıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzetin yazdığına görə, mübahisəsiz həqiqət ondan ibarətdir ki, hər hansı bir hökumət üçün, kadr siyasəti ən vacib komponent hesab edilir və bunun sayəsində düzgün idarə olunma mümkündür və bu problemlə, xüsusən də qubernatorlar məsələsi ilə əlaqədar olaraq, Ermənistanın hakimiyyəti ciddi dilemma qarşısındadır.

Məlumata görə, gələn ay ərzində Nikol Paşinyan "kadr siyasətində" dəyişiklik etməyi planlaşdırır və əslində bir neçə qubernator artıq öz vəzifələri ilə vidalaşır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə