Azər Həsrət: “Dünyanı idarə edənlər işğalçı Ermənistandan öz məkrli məqsədləri üçün istifadə edirlər ” RƏY-ÖZƏL

“Ermənilər və onların yarımçıq dövləti Ermənistan müəyyən dövlətlərin və mərkəzlərin ərköyün övladıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, ona görə onları işğal siyasətinə göz yumulur, göz görə-görə törətdikləri qanunsuzluqlar qulaq ardına vurulur: “Bu baxımdan Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında kriminal fəaliyyətlər də istisna deyil. Dünyanın güc və nüfuz sahibləri ərköyün Ermənistana və onun "məzlum" erməni xalqına bu yolla, əslində, dəstək verir. Ona görə də Azərbaycan dövləti və ictimai fəalları beynəlxalq tribunalarda belə ikili standartı və qeyri-obyektiv mövqeyi tənqid edir. Yeri gəlmişkən onu da əlavə edim ki, Ermənistanın belə ərköyünlüyü heç də onun özünün dəyərinin ifadəsi deyil. İş ondadır ki, dünyanı idarə edənlər işğalçı Ermənistandan və onun işğalçı siyasətindən öz məkrli məqsədləri üçün istifadə edirlər. O məqsədlər də bir qayda olaraq Azərbaycana və ümumilikdə türk dünyasına qarşıdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə