Erməni qubernator etiraz əlaməti olaraq göldə üzdü

Qeqarkunik vilayətinin qubernatoru vəd etdiyi kimi Sevan gölünə girib və üzüb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayımlanıb.

“Sevan gölü tamamilə təmiz deyil. Bu göl tamamilə çirkli də deyil. Bəli, gölün bəzi hissələrində problem var”, deyə Qeqarkunik vilayətinin qubernatoru Gnel Sanosyan bu gün jurnalistlərə bildirib.

“Bir sıra sahil zolaqları var ki, orada suyun azalması müşahidə edilir. Suyun çirklənməsi də inkar edilə bilməz”, deyən qubernator Gnel Sanosyan əlavə edib ki, indi gölə girib üzməyə də hazırlaşır.

Qeqarkunik vilayətinin qubernatoru Gnel Sanosyan söz verdiyi kimi gölə girib və üzməyə başlayıb. Qeyd edək ki, Sevan Milli Parkının direktoru Vaqe Qulanyan da Gnel Sanosyana qoşulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...