"Ulu Öndərin siyasəti uğurla həyata keçirilir" ÖZƏL-MÜNASİBƏT

"Müasir Müstəqil Azərbaycanın əsası 50 il bundan əvvəl Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə Sovetlər Birliyi dövründə geridə qalmış bir respublikanı yorulmaq bilmədən, əməli fəaliyyəti və siyasəti nəticəsində öncüllər sırasına gətirib çıxardı. Bu müddət ərzində Azərbaycanın aqrar sahə ilə bərabər sənaye istiqamətində sürətlə inkişafına nail oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın gələcəyini görən və bu haqda fikirləşən Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyi yolunda lazım olan bir sıra vacib məsələlərin həllinə nail oldu: "Bu dövrdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinin, milli ruhun, milli mənəvi özünədərkin, milli mənəvi dəyərlərimizə münasibətin formalaşdırılmasında, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində xeyli işlər görülmüşdür. Gənclərin Sovetlər Birliyinin ən möhtəbər ali təhsil ocaqlarında oxumasında şərait yaratdı, Naxçıvanski adına Hərbi Liseyinin açılışına nail oldu, Azərbaycanın zabit korpusunun yaradılmasına nail olaraq SSRİ-nin müxtəlif regionlarında zabit kimi işləməyə başlanğıcını qoydu. Deməli müasir müstəqil Azərbaycanın ordu quruculuğunun əsasını Ulu Öndərimiz o vaxtdan qoymuşdur. Təhsil və mədəniyyətimizin inkişafında böyük naliyyətlər əldə etmişdir. 1982-ci ildən siyasi büronun üzvü kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Azərbaycanla daima əlaqədə oldu və onun inkişafı üçün əvvəlki qaydada səy və bacarığını əsirgəmədi. Bu müddət ərzində ölkənin neft sənayesinin inkişafına, təhsil, səhiyyə, mədəniyyətin inkişafına, ümumiyyətlə Azərbaycanın inkişafına çox böyük diqqət yetirməklə insanların həyat şəraitinin yaxşılaşmasına, yeni yeni iş yerlərinin açılmasına şərait yaratdı.

Son 50 ildə Azərbaycanın inkişafı Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasətin yorulmaq bilmədən əməyinin nəticəsində indiki inkişafa gəlib çıxmışdır. Bu gün Azərbaycanda möhtərəm Prezidentimizin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasəti uğurla həyata keçirilir. Və bunun nəticəsidir ki, ölkəmiz dünya ölkələri arasında böyük nüfuz qazanmaqla öz yerini daha da möhkəmləndirmişdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə