S-400 komponentlərini daşıyan səkkizinci təyyarə Ankaraya endi

Rusiyanın S-400 zenit-raket komponenetlərini daşıyan sayca səkkizinci hərbi-yük təyyarəsi Ankaraya enib. SİA xəbər verir ki, bu barədə Türkiyənin müdafiə nazirliyi məlumat yayıb.

“S-400-ün elementlərinin çatdırılması planlaşdırılmış rejimdə davam edir”, deyə mətbuat xidmətindən bildirilib. Lakin bundan sonra daha neçə neçə təyyarənin Ankaraya enəcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında S-400-lərin çatdırılması ilə bağlı razılaşma 2017-ci ildə baş tutub və bu razılaşma ABŞ-ın sərt etirazı ilə nəticəsini tapıb. Vaşinqton Ankaradan rus silahlarından imtina etməyi və ABŞ istehsalı olan Patriot komplekslərini almağı tələb edib. Lakin Türkiyə tərəfi amerikalıların etirazlarını qəbul etməyərək, məhz Rusiya ilə imzaladığı razılaşmaya sona qədər əməl edəcəyini bəyan edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə