Trampın tviti onu ksenofoba və irqçiyə döndərdi NÖVBƏTİ QALMAQAL

ABŞ prezidenti Donald Tramp ətrafında növbəti qalmaqal baş verib. SİA “Rossiya 24” kanalına istinadən xəbər verir ki, amerikalı prezident ksenofobiyada və irqçilikdə ittiham edilib. Məsələ isə Trampın tvitter səhifəsində yazdığı tivtlə bağlıdır. Belə ki, Tramp demokratlar partiyasını təmsil edən və xaricdən ABŞ-a köçən konqresmen qadınlar haqqında yazıb ki, korrupsiyalaşmış və hakimiyyətləri idarəçilikdən uzaq olan ölkələrdən ABŞ-a köçən bu cür siyasətçi qadınlar “dünyanın ən böyük millətinə” yol göstərə bilməzlər.

Bundan əlavə, ABŞ prezidenti bu cür qadınlara məsləhət görüb ki, öz tarixi vətənlərinə geri dönərək, ölkələrində qayda-qanun yaradıb, bu vasitə ilə ABŞ-a nümunə göstərə bilərlər. Məhz bu tvitdən sonra nümayəndələr palatasının spikeri Nensi Pelosi Trampı ksenofob, ABŞ prezidentliyinə namizəd Berni Sanders isə onu irqçi adlandırıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...