Venesiya Komissiyası Ermənistan hakimiyyətinə etiraf etdirib

Ermənistan hakimiyyəti hakimlərin yoxlanılmasının zəruri və faydalı olmadığını etiraf edib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məhdud seriyada Venesiya Komissiyasının (21-22 iyun) 119-cu sessiyasının protokolu nəşr olunub ki, bu da Ermənistanda baş verən proseslər barədə çox mühüm qərarları özündə əls etdirir. Bu barədə "Hüquqi yol" ictimai təşkilatı da məlumat verib.

Qısa olaraq protokolda deyilir:
"Avropadan olan nümayəndə heyəti ilə müzakirələr nəticəsində Ermənistan hakimiyyəti hakimlərin yoxlanılmasının zəruri və faydalı olmadığını etiraf edib.

Avropadan olan nümayəndə heyəti və Ermənistan hakimiyyəti yoxlamamarın əvəzinə intizam prosedurlarının gücləndirilmək, onları gəlir və əmlak bəyannaməsi sistemi ilə əlaqələndirmək barədə razılığa gəliblər.
Venesiya Komissiyası Konstitusiya Məhkəməsinin "hakim" - "üzvü" sözlərini məqbul hesab etməyib.
Venesiya Komissiyası Ermənistan parlamentinin Vaqe Qriqoryanın təsdiqedici tanınmış ifadələrini də narahatlıq adlandırıb.

Venesiya Komissiyası Konstitusiya Məhkəməsinin hazırki hakimlərinin səlahiyyətlərinə müdaxilə edilməsini təhlükəli hesab edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...