Ermənistanda Tsitsernakaberd Memorial Kompleksi yaxınlığında yanğın baş verib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 14 iyul tarixində saat 20: 24 radələrində, 911 xidmətinə Tsitsernakaberd Memorial Kompleksinin yaxınlığında yanğın baş veridiyi barədə zəng daxil olub və xəbər verilib ki, yaşıl əkin sahəsi yanır.

Məlumatda qeyd olunur ki, yanqın saat 00:49 radələrində lokallaşdırılıb və 01:21-də tamamilə söndürülüb. Təqribən 20 hektar yaşıl əkin sahəsi tamamilə yanıb. Həmçinin bildirilir ki, yanğının söndürməsinə Fövqəladə Hallar naziri Feliks Solakyan rəhbərlik edib. Yanğının söndürülməsində 4 su daşıyıcı avtomobil və 67 nəfər xilasedici iştirak edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə