Ermənistanda represiya davam edir

Sistemə nəinki əvvəlki hakimiyyət nümayəndələri ilə əlaqədə olan adamları, hətta onların qohum-əqrəbasını da təmizləmək tapşırığı verilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu baərədə “Jamanak” qəzetində yazı dərc olunub.

Qəzet "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətinin sədri, ərazi idarəetməsi və infrastruktur naziri Suren Papikyanın ona tapşırılan partiya vəzifələrinin yerinə yetirilməsini aktiv şəkildə davam etdirdiyini yazır.

Qəzet yazır ki, onun tapşırığı ilə dövlət sistemi “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri tərəfindən doldurulur. Papikyan dövlət sistemini yalnız əvvəlki hökumətlə əlaqəli şəxslərdən, hətta yaxınlarından da təmizləmək tapşırığı verib.

Bəlli olur ki, demokratiya, söz azadlığı pərdəsi altında təmizləmə işləri aparılır və represiya Ermənistanda hələ də davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...