Ermənilər təqaüdlərin artacağına inanmır

Makroiqtisadi göstəricilər təqaüdlərin artırılması qərarının özünü doğruldacağı barədə düşünməyə heç bir əsas vermir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata əsasən xəbər verir ki, bunu iqtisadçı Karlen Xaçatryan aysor.am saytının jurnalisti ilə söhbəti zamanı deyib.

Məlumatda qeyd olunur ki, iqtisadçı 1 yanvar 2020-ci il tarixindən təqaüdlərin 10% artırılması qərarının özünü doğruldacağına makroiqtisadi göstəricilər əsas vermədiyi fikrindədir.

Jurnalistin, "Nəzərə alsaq ki, Ermənistanda hər il pensiyaçıların sayı durmadan artır və bu halda pensiyaların artımı iqtisadiyyatda necə əks olunacaq", sualına Karlen Xaçatryan belə cavab verib: “İqtisadiyyatda son illər heç bir irəliləyiş və inkişaf yoxdur. Hətta göstəriçilər onu deməyə əsas verir ki, stabil geriləmə var. İdxal və ixrac da aşağıdır. Təkcə bu ilin ilk dörd ayında xarici investisiyalar 3 dəfə azalıb. Bütün bunlar göstərir ki, iqtisadiyyatda irəliləyiş yoxdur”.

İqtisadçı xüsusilə vurğulayıb ki, pensiyaların artımı daxili resurslar hesabına mümkünsüzdür və ola bilsin hakimiyyət cəlb etməyi nəzərdə tutduğu xarici resurslar və büdcə xərclərinin azaldılması hesabına bunu reallaşdırmağı düşünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə