Milli Məclis sonuncu iclasa toplaşır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, iclasın gündəliyinə 28 məsələ daxil edilib.

Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" , “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si və iyulun 9-da keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...