“Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib"

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Təhlükəsizlik və sabitlik inkişafın əsas qarantıdır.

Bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iyulun 11-də Batumidə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı zamanı söyləyib. Azərbaycanın beynəlxalq əlaqələrindan danışan nazir müavini deyib: “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun ki, regional əlaqələr və sərhədyanı ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib”.

M.Məmmədquliyev deyib ki, Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olundğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə