Teyyub Qənioğlu: “Hazırda müxaliflər arasında mövqe savaşı gedir” RƏY-ÖZƏL

“Müxalifətin üzdəniraq simaları ilə xaricidəki “söyüş qrupu”nun üzvləri ümumiyyətlə siyasətin nə olduğunu bilmirlər”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, yəni siyasəti söyüşlə qarışdırıblar və heç danışıqlarında bilmirlər: “Amma bunlar arasında düşən qarşıdurma gözlənilən idi. Yəni, maraqların bölgüsü məsələsində ziddiyyətlərin yaranması nəticə etibarı ilə, qarşıdurma ilə nəticələnməli idi və belə də oldu. Hazırda müxaliflər arasında mövqe savaşı gedir. Amma bunlar başa düşmürlər ki, söyüşlə heç vaxt nüfuz qazanmaq olmaz. Çünki söyüşlə nüfuz qazanmaq hələ heç kəsə nəsib olmayıb və bundan sonrada olmayacaqdır. Onlar daha da özlərini gözdən salırlar. Demək olar ki, AXCP, Müsavat funksionerləri, eləcə də xaricdəki söyüş maşının üzvlərinin şəxsi ambisiyalarının olması onların arasında həmişə bu cür vəziyyətin yaranmasına səbəb olub. Yəni həmin şəxslər bir-birlərinin şəxsi maraqlarına toxunanda başlayırlar bir-birləri ilə düşmənçilik etməyə. Bir sözlə, müxalifət düşərgəsində mənəm-mənəmlik, mənafelərin toqquşması heç vaxt müxalifətin birləşməsinə imkan verməyib. Ümumiyyətlə, adını siyasətçi qoyan şəxs heç vaxtı dilinə söyüş almamalıdır. Bunlar başa düşmürlər ki, bir-birini qurşaqdan aşağı, senzuradan kənar ifadələr işlətməklə söyməklə bataqlıqda ikən batırlar və getdikcə batırlar. Elə hesab edirlər ki, bunları maliyyələşdirənlər bunları söyüş söydüklərinə görə, dəstəkləyirlər. Əslində pul verən fondlarda yəqin bunlara gülürlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...