Müxalifətin qara yarası- Əli Kərimli

Sağlam düşüncəli insanlar anti-dövlətilik çıxışlarına görə, onun həbs olunmasını tələb etməlidir!

Müxalifətin qara yarası olan AXCP sədri Əli Kərimliyə qarşı münasibətlər daha da kəskin hal alıb. Artıq müxalifət düşərgə sakinləri də müxalifətin üz qarası olan və satıla-satıla hər cürə alçaqlıq edən Ə.Kərimli ilə bağlı kifayət qədər faktlara malikdir. Bu dəlillər sübut edir ki, bu parazit əxlaqsız bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədi güdüb. O da bəllidir ki, uzun müddətdir AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, "Azadlıq" qəzeti, eləcə də, sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Ə.Kərimlinin sifarişlərinə uyğun olaraq, ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına dəstək verirlər. Onlar qınanıldıqda isə, Kərimlinin ən çox sevdiyi "silah" - söyüş və təhqir kampaniyasına start verilir. Sadə bir fakta əsaslanaq. 2016-cı il aprel ayının ilk dörd günündə cəbhədə baş verən məlum hərbi əməliyyatlardan sonra ictimai rəy, məhz bu faktorun şahidinə çevrildi. Ə.Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməklə, əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da, dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir.

Əli Kərimli yenə antimilli ruhda

Mütəmadi olaraq, Almaniyadan yayımlanan və əsas fəaliyyətini anti-Azərbaycan xarakterli mövzular üzərində quran "Meydan" TV də çıxışları zamanı dağıdıcı partiyanın sədri xalqımızın ən yaralı yeri olan Qarabağ mövzusundan danışarkən, milli-strateji baxışları bir kənara qoyaraq, bilavasitə ermənilərin xeyrinə ifadələr işlədib. O, regionun ən güclü dövləti olan Azərbaycanı zəif Ermənistan qarşısında gücsüz göstərməyə çalışıb. O, hətta ümummilli maraqlar kontekstində hakimiyyət-müxalifət dialoqlarından imtina edərək, yalnız erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb qurumlarının göstərişlərinə xidmət edib. Cəbhənin "lideri" qoşunların təmas xəttində ermənilərin təxribat törətdikləri vaxt sözügedən müsahibəsini verməklə, bir növ işğalçı ölkəyə stimul verib. Məqsəd tamamilə bəllidir: Azərbaycan cəmiyyəti və ordusuna inamsızlıq aşılamaq və qüdrətli ordunun gücünü xalqın nəzərində aşağılamaq!
Təbii ki, bu cür çıxışlarda Ə.Kərimlinin digər məqsədi ölü siyasətçi görkəmindən çıxmaq cəhdləridir. Çünki bu gün onu və ətrafını tanıyanların hər biri, yaxşı bilir ki, AXCP sədrinin siyasi fəaliyyəti yox dərəcəsindədir və ayaqda qalmasına səbəb sosial şəbəkələrdə yazdığı statusları, eləcə də, "Meydan" TV kimi televiziyalarda çıxışlar etməsidir. Dağıdıcı partiya sədrinin "fəaliyyətində" bu cür qəribəliklər, antimilli çıxışlar kifayət qədərdir. Yəqin bundan sonra da olacaq. Amma bir şeyi unutmaq olmaz ki, belə fürsətbazların cəzasını tarix bir gün mütləq verəcək.

"Yurd" sədrinin sonu görünən qaranlıq yolu

Alternativ AXCP-nin sədri Razi Nurullayev bildirir ki, Ə.Kərimli xalqın narazılığı üzərindən danışan çürük meyvə kimidir: "Əli Kərimli xalqın narazılığı üzərindən danışmaq və ancaq danışmaq siyasəti yürüdən, bir mətbu orqandan o birinə qaçıb, hər gün dediklərini tutuquşu kimi təkrarlayan satqın sədrdir. Əslində, "Yurd" təşkilatının yaradılması da AXC-nin dağılmasına və Ə.Elçibəyin rəhbər postdan getməsinə xidmət edirdi. Bu məqsədlə onlar "Elçibəydən prezident olmaz, Ə.Kərimli sədr seçilməlidir" kimi təbliğatlar aparır, saxta sorğular keçirməklə, Ə.Kərimlini birinci, Elçibəyi isə sonuncu yerdə ictimaiyyətə təqdim edirdilər".
R.Nurullayev, onu da vurğulayıb ki, məhz AXCP sədri bu günədək yürütdüyü siyasətilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısaömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə, bir-birlərindən xarici pulverənlərə kompramat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Əli Kərimliyə, yetirdiyi yarıtmaz və milli maraqlara ciddi şəkildə xələl gətirən siyasəti ucbatından, hansı mənfi obraza yaraşan ad desəniz qoymaq mümkündür. Bu adamın keçmişi heç öz tərəfdarlarına belə, tam şəkildə bəlli deyil. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar.

Mirmahmud Mirəlioğlu: "AXCP sədri o qədər mahir yalançı və mahir siyasi "moşennik"dir"

KXCP sədri Mirmahmud Mirəlioğlu AXCP sədrini xəyanətdə ittiham edərək, bildirib ki, AXCP sədri o qədər mahir yalançı, o qədər mahir siyasi moşennikdir ki, ondan nə desən, gözləmək olar: «Ə.Kərimli kimi moşennikin AXCP-yə sədrlik etməsinə təəssüflənirəm. Çünki artıq onun iç üzü bütün çılpaqlığı ilə açılıb cəmiyyətə təqdim olunub. Siyasi prosesləri mütəmadi izləyənlərə yaxşı bəllidir ki, AXCP sədrinin adı vaxtaşırı ayrı-ayrı müxalif partiya funksionerləri tərəfindən xarici fondlarla, Azərbaycan əleyhinə kompramat toplamaqda maraqlı olan beynəlxalq qüvvələr və mətbuatla işbirliyinə hallınıb və açıq şəkildə bildirilir ki, Ə.Kərimli, məhz şəxsi və partiya maraqları naminə, yeri gələndə, dövlət və millət maraqlarını da sata bilər, satır da... "
M.Mirəlioğlu, onu da bildirib ki, Ə.Kərimlinin anti-Azərbaycan mövqeyinə, fikirlərinə və hərəkətlərinə görə güclü tənqid atəşinə tutaraq, ona keçmişini xatırlatmaqla korrupsiya əməllərini və xalqa, dövlətçiliyə xəyanətini faktlarla ifşa edib. Bəli, tarixi həqiqət budur. Tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz. Vay o günə ki, Ə.Kərimlinin ətrafındakı manqurtlaşmış 3-5 nəfər də ayıla. Bax onda Ə.Kərimlinin qaçmaq üçün lüsk maşına və qorunmaq üçün cangüdənə daha çox ehtiyacı olacaq. Onda isə cinayət kürsüsünə oturub etdiyi satqınlığa və cinayətlrinə görə xalq qalşısında cavab verəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə