Rüşvətxorluq Ermənistanda geniş yayılıb

Ermənistanın İstintaq Komitəsinin Armavir Regional Tədqiqat İdarəsində rüşvət alma və rüşvət vermə faktları ilə əlaqədar başlanmış cinayət işinin ilkin araşdırılması başa çatıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Respublikasının İstintaq Komitəsinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Departamentindən "Armenpress" ə verilən məlumata görə, Armavir vilayətinin üç sakininə ittiham irəli sürülüb.

Məlumatda deyilir ki, onlar rüşvət alma və üç nəfərin işə götürülməsi üçün rüşvət verilməsi faktları üzrə ittiham olunurlar. Məhkəmə icraatı zamanı əldə edilən məlumatlara görə, Armavir vilayəti Berkaşat kənd orta məktəbinin direktoru vəzifəsindən sui istifadə edərək, 1000 dollar, 487 290 Ermənistan dramı məbləğində rüşvət müqabilində qızının həmin məktəbdə tarix müəlliməsi kimi işə götürülməsi barədə Armavir vilayətinin 1972-ci il təvəllüdlü sakini ilə razılığa gəlib. Məktəbin direktoru danışıqlardan sonra 13 noyabr 2017-ci il tarixində işə götürülən müəllimənin işə götürülməsinə görə nəzərdə tutulan rüşvətin onun əri tərəfindən ödənilməsi barədə razılıq əldə edib. Bundan sonra 2018-ci ilin yanvarında müəllimənin əri məktəb direktoruna danışılmış məbləğın yalnız bir hissəsini, yəni 200 min dram verib və qalan məbləği ödəməkdən imtina edib.

Təqdim olunan kifayət qədər sübuta əsasən, məktəb direktoru Cinayət Məcəlləsinin 311-cü maddəsinin 3-cü hissəsinin 3-cü bəndi, müəllimənin atası və əri isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə