Azərbaycanın hüquqlarının müdafiəsi ermənilərin kürkünə birə salıb

ATƏT PA öz-özü ilə ziddiyyət təşkil edir. Görəsən Lüksenburq deklorasiyasınını bir bəndinin qiyməti nə qədərdir? SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında qeyd olunub.

Saytda qeyd olunur ki, ATƏT bir tərəfdən xalqların öz taleyini idarə etmək hüququnu müdafiə edir, digər tərəfdən isə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bütövlüyü və toxunulmazlığını gündəmə gətirir. Sözügedən saytda eyni zamanda deyilir ki, Azərbaycan digərləri, yəni Gürcüstan, Ukrayna və Moldova ilə bir siyahıya salına bilməz. Bunu da onunla əsaslandırmağa çalışırlar ki, Azərbaycandan fərqli olaraq guya digərləri Rusiyanın işğalına məruz qalıb.
Saytın yazdıqlarından belə çıxır ki, guya Azərbaycan işğala məruz qalmayıb. Hansı ki, əsl işğal, hətta terror faktı məhz elə Azərbaycana qarşı törədilib. Ermənilər özləri də bunu yaxşı bilirlər. Lakin etiraf etməkdən boyun qaçırırlar. Amma ATƏT və bir başqa qurum bunu etiraf etmək məcburiyyətindədir və bunu ermənilər bilməlidirlər.
Görünür, erməni hiyləsi və yalanlarının ömrü bura qədərmiş və indi erməniləri qorxudan Azərbaycan həqiqətlərinin beynəlxalq qurumlar tərəfindən etiraf edilməsidir. Daha dəqiq desək, Azərbaycanın hüquqlarının müdafiəsi ermənilərin kürkünə birə salıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...