İdlibdə qanlı qarşıdurmalar davam edir MÜHARİBƏ

Suriyanın İdlib vilayətində Rusiya ordusunun dəstəyi ilə döyüşən Suriya ordusu ilə “Həyat Təhrir əş-Şam” silahlıları arasında baş verən qarşıdurmalarda ən azı 56 nəfər həlak olub, onlarla insan isə yaralanıb. SİA xəbər verir ki, bu barədə NEWSru.co.il yazır.

The Syrian Observatory for Human Rights isə yazır ki, iyulun 10-u axşam saatlarında silahlılar Həmimiyət kəndinə hücum edərkən, onu tutmaq istəyiblər. Gecə döyüşlərində onlar lazım olan yüksəkliyi tutublar. Hücum nəticəsində 32 əsgər və 24 terrorçu öldürülüb.

Qeyd edilir ki, yüksəklik strateji əhəmiyyət daşıyır və hökumət qüvvələrinin kommunikasiya xəttinə nəzarət etməyə imkan yaradır. SOHR-un rəhbəri Rami Abdel-Rəhman bildirib ki, bu rayonda silahlı qarşıdurmalar davamlı xarakter alıb, Əsədin ordusu aviasiya və artilleriya istifadə edir.

İdlib – Suriyada Bəşər Əsədə qarşı çıxan qüvvələrin qaldığı yeganə vilayətdir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə