ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri korlanır Məhdidiyyətlər

ABŞ senatı Səudiyyə Ərəbistanına qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı qanun layihəsi təqdim edib. SİA xəbər verir ki, bu barədə Amerika parlamentinin yuxarı palatasının rəsmi saytında qeyd olunub.

“Səudiyyə Ərəbistanının davranışları dəyişilməlidir. Mənim partiyalararası qanun layihəm ölkələrimiz arasındakı gərginliyə aiddir və hədəf onların davranışlarının dəyişdirilməsidir”, deyə layihənin təşəbbüskarlarından biri olan Ceyms Riş özünün Twitter səhifəsində yazıb.

Sənədin müəllfləri dövlətlərarası münasibətlərin yenidən baxılmasını tələb ediblər. Buna səbəb insan haqlarına əməl olunmaması və səudiyyəlilərin Yəməndəki fəaliyyətləridir. Mətnə görə, Səudiyyə Ərəbistanının məmurlarına vizaların verilməsi dayandırılacaq, bu ərəb ölkəsinin vətəndaşlarına ABŞ ərazisində mülklərə sahib olmaq hüququ ləğv ediləcək, eləcə də avialisenziyalara yenidən baxılacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə