Milli Məclisin iyunun 28-də keçiriləcək iclası ləğv edilib

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyulun 28-ə nəzərdə tutulan iclası ləğv edilib.

SİA-nın məlumatına görə, iyunun 27 və 28-i keçirilməsi nəzərdə tutulan iclasına daxil olan 49 məsələ bu gün müzakirə olunub və qəbul edilib.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün Milli Məclis operativ işlədiyi üçün iyunun 28-də iclasın keçirilməsinə ehtiyac qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə