“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Belə olan halda, digər hakimlərin də maaşı artacaq və bu, çox yaxşıdır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də, vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma deputatlarda təəssüflər olsun ki, bu belə deyil. Çünki biz əlavəni müavinət şəkilində alırıq”. SİA xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili onu da diqətə çatdırıb ki, bu müavinət pensiya təminatında nəzərə alınmayacaq: “Bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların da əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olardı”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə