"Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb” RƏY-ÖZƏL

“Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Cavanşir Paşazadə deyib.

O bildirib ki, Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır.

Cari ilin əvvəlindən həyata keçirilən böyük sosial paketin icrasının aktiv fazaya daxil olduğunu deyən deputat söyləyib ki, 2019-cu ilin əvvəlindən başlayaraq, ölkəmizdə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsi, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb.

C. Paşazadə vurğulayıb ki, imzalanan sənədlərə müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digərlərini daxil etmək mümkündür.

Deputat qeyd edib ki, sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə