"Azərbaycanda güclü iqtisadiyyat formalaşdırılıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan artıq bir neçə ildir mötəbər beynəlxalq tədbirlərin keçirildiyi uğurlu məkan kimi dünyanın müxtəlif dövlətlərindən insanlarını birləşdirir. Həm böyük idman yarışları, humanitar forumlar, elmi tədbirlər, mədəni hadisələr keçirmək arzusu hər bir ölkənin arzusudur. Amma bunları reallaşdırmaq üçün təkcə arzu, istək əlbətdə kifayət etmir, bu istəyin reallaşması bir çox amillərdən asılıdır və bu amillər bir-biri ilə sıx bağlıdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, Azərbaycan nəinki, bölgənin, bütövlükdə dünyanın ən təhlükəsiz ölkələrindəndir. İkincisi, böyük tədbirlərə ev sahibliyini şərtləndirən faktorlardan biri infrastrukturdur: "Ölkəmizdə artıq ən ucqar rayonlarda belə hər cür imkanlarla təchiz olunmuş bütün infrastrukturlar- idman kompleksləri, təmirli yollar, konfrans zalları, qonaqların yerləşməsi üçün otellər mövcuddur. Üçüncüsü, dövlətin iqtisadi imkanlarıdır ki, Azərbaycanda güclü iqtisadiyyat formalaşdırılıb. Daha bir məqam dövlətin böyük tədbirlərə ev sahibliyi etmək təcrübəsidir. İndiyədək ölkəmizdə keçirilmiş bütün beynəlxalq tədbirlərdə Azərbaycan yüksək təşkilatçılıq nümayiş elətdirib və öz standartlarını formalaşdırıb. Ən böyük kütləvi tədbirlərin reallaşmasında vacib faktorlardan biri kimi, könüllülük institutunun mükəmməl olmasıdır. Və ölkəmizdə nümunəvi könüllülük hərəkatı artıq təkcə paytaxtla yekunlaşmır, region mərkəzlərində də bu cür gənclər ordusu formalaşıb. Əlbətdə bütün yuxarıda qeyd olunan imkanların yaradılması bir günə başa gəlməyib, müstəqilliyimizin bərpasının böyük olmayan tarixində bu qədər infrastrukturu qurmaq ölkəmizin siyasi rəhbərliyinin uzaqgörənliyinin, gələcəyə ünvanlanmış siyasətinin nəticəsidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə