Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir

Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir. Ulu öndər Heydər Əliyevin də söylədiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Hər iki ölkə ayrılmaz bağlarla bir-birinə bağlıdır.

SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz jurnalistlərə müsahibəsində söyləyib.

B.Akdeniz deyib ki, Türkiyə və Azərbaycanın silahlı qüvvələri arasında uzun illərdir sıx əməkdaşlıq mövcuddur. Bu əlaqələr hələ Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Bakını bolşevik-daşnak işğalından azad etdiyi dövrdən başlayıb. Hazırda hərbi sahədə əməkdaşlıq çox yüksək səviyyədə davam etdirilir.

Hərbi attaşe deyib: “Azərbaycan hər zaman Türkiyənin dəstəyinə güvənə bilər. Bu, hər zaman belə olub, bu gün də davam edir və gələcəkdə də belə olacaq”.

B.Akdeniz Türkiyə səfirliyi və Hərbi attaşe aparatı adından Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...