Zabitlərimiz akademiyanı qızıl medal və qırmızı diplomla bitirib FOTO

Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin "Mixaylovsk hərbi artilleriya akademiyası" dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə,cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına "magistr" dərəcəsi verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...