"Uduzan Ukrayna oldu" ÖZƏL - MÖVQE

5 il əvvəl Krıma və Donbosa görə Rusiyanı cəzalandıran AŞPA, bu gün Rusiyanı yenidən Assambleyaya geri qaytardı. Bu, 5 il ərzində Ukrayna məsələsində dəyişən nəsə varmı? Bəli var. Bu 5 il ərzində Krımın heç vaxt qaytarılmayacağı, bu məsələnin artıq qapandığı, Donbasın isə ən azı muxtar vilayət (respublika) olacağı məlum oldu". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

"Beləliklə, Bjezinskinin etiraf etdiyi kimi, ABŞ Ukraynanı Rusiya orbitindən uzaq salaraq Qərb sərhədlərində NATO hərbçilərinin və raketlərinin ruslarla üz-üzə durması reallığa çevrildi. Öz növbəsində, Rusiya Krım və Donbas məsələləri ilə bir daha göstərdi ki, “yaxın ətraf”ında baş verən bütün geosiyasi hadisələrə ən radikal metodlarla cavab verəcək. Uzun sözün qısası, uduzan Ukrayna dövlətçiliyi oldu. Böyüklər kompromis tapdılar.

Bu arada, Avropa son zamanlar Vaşinqtonda deyil, Moskva istiqamətində hərəkət etməyə başlayıb. Bu yolda ən böyük əngəl dünya maliyyə sisteminin Vaşinqtonda cəmləşməsidir”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə