Qərb geosiyasi mühəndisliyinin acı nəticələri

Gürcüstan Qərbi geosiyasi mühəndisliyinin nəticələrinə bir nümunə oldu. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Xaricdən gələn məsləhətlərə və göstərişlərə olan gözüyumulu razılaşmaların nə ilə nəticələndiyini qonşu Ukraynanın kədərli təcrübəsində görmək olar. Poroşenkonun rejimi altında böyük potensiala malik bir ölkə sənaye bazasını itirdi və indi də əmək qabiliyyətli əhalinin axınından, daxili münaqişədən və cəmiyyətin mənəvi, sivilizasiya xəttlərində parçalanmardan əziyyət çəkir”. Bu sözləri Sergey Lavrov Rusiya regional qeyri-kommersiya təşkilatları ilə görüşü zamanı deyib.
"Qərb tərəfdaşlarımızın məşğul olduğu geosiyasi mühəndisliyin nəticələrinin digər bir nümunəsi, Rusofobiyaya gözlərini bağlamağa hazır olan Gürcüstandır", deyə o əlavə edib.
“Beləliklə, biz Amerika və onun yaxın müttəfiqlərinin dünya səhnəsində rolunu ayıq şəkildə qiymətləndiririk. Bununla yanaşı biz heç kimdən qorunmuruq, birgə qarşılıqlı faydalı iş imkanları olan məsələlərdə dialoqdan qaçmırıq”,-deyə Rusiya xarici işlər naziri fikrini tamamlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...