"Türkiyədəki seçkilərdə seçici fəallığı çox yüksək idi" Türkiyə səfiri

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən gün İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilərin nəticələrinə münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, səfir İstanbulda baş tutan seçkilərin xalqın böyük diqqətinə səbəb olduğunu deyib: "Bu seçkilərdə seçici fəallığı çox yüksək idi. Yəni 84% faiz seçici fəallığı qeydə alındı və İstanbulun yeni bələdiyyə sədri seçildi. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, İstanbulda keçirilən təkrar seçkidə CHP-nin namizədi Əkrəm İmamoğlu qələbə qazanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə