"Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik” Vüsal Hüseynov

“Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür və müxtəlif çoxsaylı fəaliyyətlər həyata keçirib”. SİA-nın verdiyi məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT-nin Dövlət Xidmətləri Forumunda keçirilən seminarda çıxışı zamanı deyib.

V.Hüseynovun sözlərinə görə, Azərbaycan 2001-ci ildən 2015-ci ilə qədər müddətdə ölkədə yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə qədər azaltmağa nail olub. DMX rəisi dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində "ASAN xidmət" modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək: "Bizim dövlət qurumları ilə əlaqələndirilmiş yanaşmada əsas problemimiz onların fərqli bacarıqlarda olmasıdır. Buna görə də onlarda eyni bacarıqları formalaşdırmağa ehtiyac var. Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...