AŞ PA-nın yay sessiyası işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işə başlayıb.

SİA-nın məlumatına görə, sessiyada Azərbaycan da iştirak edir. Məlumata görə, nümayəndə heyətimizin qatıldığı sessiyanın ilk günündə AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçiriləcək. Dinləmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək.

Qeyd edək ki, sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistan tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə