Təhlükəsizlik qorxusu Ermənistanı bürüyüb

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının növbəti yığıncağı keçirilib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayımlanıb.

Məlumatda bildirilir ki, yığıncaq Nikol Paşinyanın rəhbərliyi ilə keçirilib və yığıncaqda baş nazir öz iradlarını və narahatlığını bildirib.
“Qeyd etmək lazımdır ki, bundan öncəki yığıncaqdan sonra Ermənistan ətrafında təhlükəsizlik sferasında vəziyyət heç də yaxşılaşmayıb, əksinə, mövcud vəziyyət, regionda gedən proseslər daha ehtiyatlı olmaq barədə xəbərdarlıq edir. Ermənistanın və Dağılıq Qarabağın təhlükəsizliyi əlbəttə ki, hakimiyyət üçün çox vacib prioritetdir. Bu mənada təkcə orta müddətli deyil, uzunmüddətli məsələlərin həllinin müzakirəsi qaçılmazdır”, - deyə erməni baş nazir bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə