Bu gün səhər saatlarından Emənistanın Konstitusiya məhkəməsi qarşısında etiraz aksiyası təşkil olunub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiya iştirakçıları arasında fəallardan olan Vardqes Qaspari də var.

Məlumata görə aksiya iştirakçılarından biri deyib ki, onların etirazı Konstitusiya məhkəməsinin sədri Qrayr Tovmasyan əleyhinə yönəlib və tələb edirlər ki, Konstitusiya məhkəməsinin sədri Vaqe Qriqoryan olsun, hazırki hakimlər isə istefa versinlər.
Aksiyanın azsaylı olması iradına isə aksiya iştirakçılarından biri cavab olaraq deyib ki, Ermənistanda vətənadş qalmayıb, hamısı gedib, yalnız yaşlılar qalıb və onlar da məşğuldurlar, nə qədər mitinq keçirmək olar?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə