Saxlanılanlar arasında erməni də var

Tbilisidə etiraz aksiyası zamanı saxlanılanlar arasında erməni də var. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyi məlumat verib.

Məlumatda deyilir ki, Tbilisidə baş verən toqquşmadan sonra 1995-ci il təvəllüdlü Ermənistan vətəndaşı Minas Minasyan da saxlanılıb. Eyni zamanda qeyd olunur ki, o Armavir vilayətinin Armavir şəhərindəndir və Tbilisidə təhsil alır.
Məhkəmənin qərarı ilə Minas Minasyan 13 gün müddətində həbsdə qalacaq.
Xatırladaq ki, Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına görə paytaxtda polislə nümayişçilər arasında baş verən toqquşma nəticəsində 240 nəfər yaralanıb. Xəsarət alanlardan 80 nəfəri polisdir. Hazırda 102 nəfər hələ də xəstəxanadadır ki, onlardan da 3 nəfəri reanimasiyaya yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə