Binəli Yıldırım bələdiyyə seçkilərində səs verib

Ədalət və İnkişaf partiyasından İstanbulun meri vəzifəsinə namizəd Binəli Yıldırım təkrar bələdiyyə seçkilərində səs verib. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, B.Yıldırım səs verdikdən sonra jurnalistlərə açıqlama da verib. B.Yıldırın bildirib: "Bu gün söz haqqı İstanbul xalqınındır. Onlar bu gün öz seçimlərini edəcəklər". Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə