Elşən Manafov: “Prezident dürüst və konkret addımlarını atır” RƏY-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin aylıq əməkhaqlarının artırılması barədə imzaladığı Sərəncam Cənab Prezidentin həyata keçirdiyi islahatlar kursunun davam etdirməsi konteksində qiymətləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, bildiyiniz kimi büdcə təşkilatlarında maliyyələşən ayrı-ayrı işçilərin o cümlədən də digərlərinin maaşı 20-40 faiz civarında artırılmışdır: “Eyni zamanda, sosial təqaüd alan əhalinin də təqaüdlərinin artırıla biləcəyi ilə bağlı fikirlər irəli sürülüb. Aylıq minimum əmək haqlarının 180 manatdan 250 manata qaldırılması təkcə dövlət sektorunda deyil, özəl sektorda da işləyən vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına ciddi təsir göstərəcək. Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti bu illər ərzində verdiyi vədlərini yerinə yetilməsi istiqamətində dürüst və konkret addımlarını atır. Azərbaycan dövləti bölgənin sosialyönümlü dövlətlərindən biridir. Bu Sərəncam həm də, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından atılmış növbəti dəyərli bir addımdır”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...