Elxan Şahinoğlu: “Sərəncam sosial sahədə atılan inqilabi Sərəncamdır” RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin aylıq minimum əmək haqlarının 180 manatdan 250 manata qaldırılması eləcə də nazirliklər də, komitələr də çalışan işçilərin vəzifə maaşlarının artırılması barədə Sərəncamını müsbət qiymətləndirirəm”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, faktiki son 6 ay ərzində maaşlar iki dəfə artırıldı: “Bu Prezident İlham Əliyevin ölkə əhalisinin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasında maraqlı olduğunu və hər zaman vətəndaşların yanın da olmasına növbəti sübutdur. Azərbaycan dünya da sabitlik adası kimi tanır. Sosial-iqtisadi inkişafı əhalinin daha firavan yaşamasını şərtləndirən başlıca amillərdəndir. İqtisadi inkişafın nəticəsidir ki, Cənab Prezident əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edən növbəti Sərəncam imzalayıb. Hesab edirəm ki, bu Sərəncam sosialyönümlü inqilabi Sərəncamdıra”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə