Ermənistan üçün “sonun başlanğıcı”

2018-ci ilin yazında Ermənistanda baş verən hadisələrin inqlabla heç bir əlaqəsi yoxdur və əksinə Ermənistanda baş verənlər inqlabın əksinə olub. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bunu bu gün analitik Ruben Hakobyan “Adekvad” ictimai təşkilatının təşəbbüsü ilə keçirilən “Adekvad-diskurs” konfransında bəyan edib.

"Yəqin ki, bu daxili siyasi təzyiq və ya xaricdə planlaşdırılmış bir ssenari idi", - deyən Ruben Hakobyan öz fikirlərini bu şəkildə ifadə edib.

Ruben Hakobyan Qarabağın təhlükəsizliyinin və mövcud problemlərin qarşısının alınmasının ən vacib məsələ olduğunu çatdırıb. Eyni zamanda o qeyd edib ki, Mnatsakanyanla Məmmədyarovun bu gün Vaşinqtonda keçiriləcək görüşü Ermənistan üçün “sonun başlanğıcı” olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...