Ermənilərin Vaşinqtondakı görüşdən də ümidləri üzülüb

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun Vaşinqtonda bu gün, 20 iyun tarixli görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə mövzusudur. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Regional Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Riçard Kirakosyan tert.am-a verdiyi müsahibəsində bildirib.

Məlumatda qeyd olunur ki, bu görüş barədə danışan politoloqun gözləntiləri böyük deyil və o buna iki səbəbi olduğunu deyib.

“Birincisi, Vaşinqton “diplomatik laqeyidlik” fonunda sadəcə olaraq münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu üzvü kimi aktiv olaraq qaldığını nümayiş etdirmək niyyətindədir. Digər tərəfdən isə, Fransa da Birləşmiş Ştatlar da Rusiyanın diplomatik vasitəçi təsirlərini izləmək kimi bir mövqedədirlər”, -deyə Kirokosyan bildirib.

Xatırladaq ki, Vaşinqtonda nəzərdə tutulan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında keçirilir. Gözləntilərə baxmayaraq isə, ABŞ dövlət katibi Mayk Pompeo xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşməyəcək.

Politoloqun sözlərinə görə ikinci məsələ ondan ibarətdir ki, bu görüş, müzakirə prosesinin davamı olaraq, Azərbaycanın güc tətbiq etmək hədələri ilə müşaiyət olunan şiyasəti fonunda Ermənistan üçün vacibdir.
"Bu, həqiqətən, atəşkəsə riayət olunduğunu təsdiq edən və etibar yaratma mexanizmlərini gücləndirən bəyanatlar da daxil olmaqla, hansı vədlərin və zəmanətlərin yerinə yetiriləcəyini anlamaq cəhdidir".

Politoloqun fikirlərindən aydın olur ki, indi ermənilər bu görüşdən daha çox müharibə və döyüş təhlükəsindən sığrtalanmaq kimi ümidlər gözləyirlər. Təbii ki, bu fikirlər həm də işğalçı ölkədə müharibə xofunun olduğunu isbatlayır. Amma, Kirakosyanın fikirləri təsdiq edir ki, ermənilərin Vaşinqtondakı görüşdən də ümidləri üzülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...