Sosialyönlü islahatlar dövlət siyasətin prioritetidir

"Əhalinin sosial problemlərinin həllinə, onların sosial rifah halının yaxşılaşmasına yönəlmiş ikinci bir irihəcmli sosial paket Azərbaycan Respublikası Prezidenti tərəfindən atılan növbəti addımdır".
Bu fikirləri SİA-ya açıqlmasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib. Onun sözblərinə görə, minimum əmək haqqlarının 250 manata qaldırılması, ayrı-ayrı strukturlarda çalışan işçilərin əmək haqqlarının artırılması, müəllimlərin əmək haqqlarının 20% artırılması, minimum pensiyaların 200 manata çatdırılması ilə əlaqədar Milli Məclisə göndərdiyi qanunvericilik təşəbbüsü və s. bütün bunlar Cənab Prezidentin sözlə əməlinin vəhdətinin parlaq təzahürüdür.
R.Göyüşov bildirdi ki, 2018-ci il aprel ayının 11-də keçirilən Prezident seçkiləri ərəfəsində Cənab İlham Əliyev «Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır» deməklə, əslində növbəti Prezidentlik dövründə fəaliyyətinin əsas istiqamətlərinin anonsunu vermişdir: "2018-ci il aprel ayının 18-də keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti bəyan etdi: «Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır». Və elə 2019-cu ilin ilk aylarında Prezidentimiz sözlə-əməlin vəhdətini nümayiş etdirdi. Aparılan islahatların nəticəsində əldə edilən nəticələr çox böyük sosial paketlərin icrasına imkan verdi. Minimum əmək haqqı və minimum pensiyalar 40% civarında, sosial müavinətlər 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlər 50%, tələbələrin təqaüdü, Qarabağ əlillərinə, şəhid ailələrinə verilən müavinətlər artırıldı. Fiziki şəxslərin problemli kreditləri həll edildi. Çoxsaylı sosial məsələlərlə bağlı mühüm qərarlar qəbul olundu. Ölkə Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, biz gələcəkdə də bu istiqamətdə addımlarımızı davam etdirəcəyik».

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...