Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, görüş zamanı tərəflər geniş regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əlaqələrə dair geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Vaşinqtona bu səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ermənistandan olan həmkarı ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...