Oğuz rayonunda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının və Oğuz Rayon Təhsil Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq, rayon təhsil şöbəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən bədii qiraət müsabiqəsinin II mərhələsi keçirilib. I mərhələdən uğurla keçən istedadlı 8 nəfər şagird müsabiqənin II mərhələsində iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, müsabiqədə iştirak edən 8 nəfər istedadlı gəncdən 3 nəfəri - Türkan Qocalı, İlahə Bəkirli və Şamil Abdullazadə müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə