Umud Rəhimoğlu: “Prezidentimizə minnətdarlıq edirəm” RƏY-ÖZƏL

“Son illər ölkəmizdə sosial sahədə çox böyük islahatlar həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, BAMF-nın sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, ilin əvvəlində Qarabağ əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı Prezident Sərəncam imzaladı: “Bunun ardınca əhalinin problemli kreditlərinin həlli ilə əlaqədar addımlar atıldı. 110 min tələbənin təqaüdlərin artırılması, aylıq minimum əməkhaqlarını 180 manata qaldırılması həyata keçirildi. Prezident İlham Əliyevin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasəti davam etdirilməkdədir. İyunun 18-də minimum əmək haqların 180 manatdan 250 manata qaldırılması, büdcədən maliyyələşən nazirlik və komitə əməkdaşlarının vəzifə maaşlarının artırılması Prezident İlham Əliyevin ölkə əhalisinin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasında maraqlı olduğunu və hər zaman vətəndaşların yanın da olmasına növbəti sübutdur. Bu sərəncam həm də, Prezidentin humanistliyinin, xeyirxahlıqının nəticəsidir. Bir sözlə. cəmiyyətimiz üçün məqbul sayılan və ictimaiyyətin yüksək dəyərləndirdiyi addımlar atılmışdır. Prezident İlham Əliyevin son sərəncamı təbii ki, əhalinin maddi rifahının yüksəldilməsinə yönələn bir addımdır. Sərəncamı yüksək qiymətləndirir və buna görə, Prezidentimizə minnətdarlıq edirəm”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə