"Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur" Peskov

Kreml, Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 sammiti çərçivəsində ikitərəfli görüşlər planını hazırlayır, Rusiya Federasiyası və ABŞ-ın liderləri Vladimir Putin və Donald Trampın mümkün görüşü barədə heç bir məlumat yoxdur, eyni vəziyyət Səudiyyə Ərəbistan vəliəhd şahzadəsi Məhəmməd bin Salmana da aiddir. SİA-nın xarici mətbuata istinadən bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu mövzu ilə bağlı heç bir xəbər yoxdur. Hazırda Osaka zirvəsi çərçivəsində keçiriləcək ikitərəfli görüşlərin cədvəlini hazırlayırıq, lakin bu mövzuda deyəcək dəqiq bir sözümüz yoxdur", - Peskov bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...