Ermənistan hakimiyyəti kadr “təmizlənmə”si ilə məşğuldur

Ermənistanda Daşınmaz Əmlakın Kadastr Komitəsinin sədr müavini Ashot Musayan vəzifəsindən uzaqlaşdırılıb. SİA Ermənistana məxsus aysor.am saytının məlumatına istinadən xəbər verir ki, bu barədə “Past” qəzetində də yazı dərc olunub.

Yazıda xüsusilə vurğulanır ki, Musayan artıq 20 ildən çox müddətdir ki, Daşınmaz Əmlakın Kadastr Komitəsində işləyir və köhnə hakimimyyətin nümayəndələrindən biridir.

“Past” qəzetində o da qeyd olunur ki, Daşınmaz Əmlakın Kadastr Komitəsinin rəyinə görə bu istefa Ermənistanda inqilabdan sonra baş verən dəyişikliklərin "məntiqinə" uyğun gəlir və hakimiyyət bir növ "təmizlənmə" ilə məşğuldur və tədricən "köhnə rejimin" təcrübəli və ya peşəkar kadrlarını uzaqlaşdırıb, yerinə “mütləq şəkildə özlərindən olanı” yerləşdirməyə üstünlük verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə