Türkiyə ABŞ-la əməkdaşlıq etməyə səy göstərir Hulusi Akar

Ankara, ABŞ ilə ikitərəfli münasibətlərdəki ittifaq ruhunu qoruyub saxlayır və bu istiqamətdə maksimum səy göstərir. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlayıb.

Nazirin sözlərinə görə, qarşılıqlı hörmət və əməkdaşlıq mühiti varsa, Ankara və Vaşinqton hər bir problemi aradan qaldırmağa qadirdirlər.

"Müdafiə sahəsi də daxil olmaqla, hər bir məsələni müzakirə edə bilərik ", - o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə və ABŞ-ı onilliklər boyu davam edən qarşılıqlı faydalı əməkdaşlıq bağlayır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə